“İran və Ermənistan əlaqələri dünyaya nümunədir” - Ruhani

25.01.2016 13:03     Dünyadan reaksiya     2851

Reaksiya Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani Ermənistanlı həmkarı Serj Sərqsyanla keçirdiyi telefon danışığında İran və Ermənistan əlaqələrinin müsəlman və xristian iki millətin dostluğunun dünyaya nümunə olduğunu ifadə edib.

İki ölkə arasındaki əlaqələrin davamlı inkişaf etməkdə olduğunu bildirən Ruhani Bercam nüvə razılaşması qüvvəyə mindikdən sonra ikitərəfli iqtisadi əlaqələrin daha da vüsət alacağını vurğulayıb.

Ruhani həmçinin iki ölkənin Fars Körfəzi ilə Qara dənizi birləşdirmək üçün bütün imkanlarından istifadə etməli olduğunu da bildirib.

Telefon danışığı zamanı Sərqsyan da ölkəsinin İran ilə bütün sahələrdə əlaqələrini inkişaf etdirmək istədiyini vurğulayıb.

Şərhlər

Çox oxunanlar