Əfqanıstan lideri "İD-i dəfn etməyə" söz verib

25.01.2016 13:27     Dünyadan reaksiya     1721

Əfqanıstan prezidenti Əşrəf Qani yerli qolu ilə hökumət qüvvələri və Taliban döyüşçüləri ilə toqquşan özünü İslam Dövləti adlandıran qruplaşmanı "dəfn" etməyə söz verib.
 
Reaksiya xəbər verir ki, BBC-yə müsahibəsində cənab Qani bildirib ki, İD "əfqan fenomeni" olmayıb və onun törətdiyi vəhşiliklər "insanları yadlaşdırıb".
 
"Əfqanlara indi intiqam hissi motivasiya verir. Onlar [İD] yanlış insanlarla qarşı-qarşıyadırlar".
Cənab Qani də regional və beynəlxalq səviyyədə İD-ə qarşı fəaliyyətə çağırış edib.
 
"İnkar yoxdur ki, biz çox mühüm risklərlə qarşılaşırıq", o, İsveçrənin dağ-xizək kurortu Davosda keçirilən Dünya İqtisadi Forumuna səfər zamanı bildirib.
 
ABŞ dövlət departamenti ötən həftə bildirib ki, İD-in Əfqanıstanda qolu təyin edilib. Onların məlumatına görə, qrup ötən ilin yanvarında formalaşıb və Pakistanın Taliban və Əfqan Taliban Hərəkatının keçmiş üzvlərindən ibarətdir.
 
 
Digər şərhdə, cənab Qani xəbərdarlıq edib ki, əgər Talibanla sülh danışıqları apreldə başlamasaydı, münaqişə bütün regionda güclənəcəkdi.
 
"Vaxt dost deyil. Biz hamımız başa düşürük ki, fevral və mart ayları həlledicidir", - deyə o bildirib.
Əfqanıstan prezidenti bildirib ki, müşahidəçilər başa düşməlidir ki, onun ölkəsindəki müharibə Pakistanın da cəlb olunduğu daha geniş müharibənin "yalnız bir hissəsidir".
 
O, təklif edib ki, Pakistan danışıqlarA razılaşmayan Taliban qruplaşmalarına qarşı tədbirlər görməlidir.
 
"Avropa gələn əfqan miqrantlara: nə sözünüz var?" sualına dair o, bildirib: "Mən onlara deyirəm ki, sizin Avropada gələcəyiniz yoxdur, Avropa öz sərhədlərini bağlayır".
 

Şərhlər

Çox oxunanlar