"İŞİD Avropada yeni hücumlara hazırlaşır" - Avropol
26.01.2016 01:49 Dünyadan reaksiya 1779
Avropa İttifaqının Polis Agentliyi Avropol İslam Dövlətinin Paris hücumlarının davamı olaraq Avropada genişmiqyaslı hücumlar planlaşdırdığını bildirib.
Agentlik Avropanın son 10 il ərzində ən böyük təhlükə qarşısında olduğunu bəyan edib.
Avropolun direktoru Rob Ueynrayterin bildirdiyinə görə, İŞİD daha böyük terror hücumları həyata keçirmək üçün yeni döyüş üslubu yaradıb.
Agentlik hücumların daha yumşaq mövqeləri hədəf alacağını bildirib.
Avropolun bəyanatı agentliyin Haaqada yeni anti-terror mərkəzinin açılışı vaxtına təsadüf edir.
Rob Ueynrayterin bildirdiyinə görə, mərkəzə 50 əks-terrorizm üzrə ekspert cəlb ediləcək. Onlar xarici döyüşçülər, onların qeyri-qanuni maliyyələşdirilməsi və odlu silahlarla təmin edilməsi ilə bağlı kəşfiyyat məlumatları üzərində işləyəcək.
Şərhlər