“Çılpaq heykəllərin üstü örtülsün!” - İran prezidentinin İtaliyaya səfər şərtlərindən biri

26.01.2016 12:42     Dünyadan reaksiya     2222

İran İslam Respublikası prezidentinin İtaliyaya səfəri maraqlı məqamlarla əlamətdar olub.

Reaksiya Türkiyənin “Hüriyet” qəzetinə istinadən xəbər verir ki, 16 illik fasilədən sonra İran prezidentinin İtaliyaya səfəri baş tutub.
 
Məlumata görə, İranın dövlət başçısı Həsən Ruhaninin Romaya səfəri zamanı qonaqların tələbləri əsasında İtaliyanın rəsmi qəbul protokoluna müəyyən dəyişiklik edilib.
 
Bu tələb əsasında İtaliya prezidenti Serjio Mattarella və baş naziri Matteo Renzinin dünən İran prezidentinin şərəfinə verdikləri ziyafətdə süfrəyə şərab qoyulmayıb.
 
Bundan başqa, ev sahibləri İran nümayəndə heyətinin üzvləri ilə görüşən zaman qonaq xanımların əllərini sıxmamaq qadağasına da əməl etməli olublar.
 
Ən maraqlı məqam isə İran prezidentinin italiyalı həmkarı ilə Kapitoli muzeylərini ziyarət üçün irəli sürdüyü şərt olub.
 
Nə qədər təəccüblü olsa da, İran heyəti muzey gəzintisi zamanı oradakı çılpaq heykəllərin qapadılmasını tələb edib.
 
Bu tələbi də yerinə yetirən ev sahibləri muzeydəki çılpaq heykəlləri ağ karton qutularla “bağlayıblar”.
 
Yerli mətbuat isə bu addımı “fövqəladə ədəb tədbiri” adlandırararaq, sərt tənqid edib.

Şərhlər

Çox oxunanlar