Səudiyyəlilərin Yəmən müharibəsinin 300 günlük ağır nəticəsi
26.01.2016 14:00 Dünyadan reaksiya 2193
Səudiyyə koalisiyasının 300 – cü gününə girən hücumları ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Karabakh.Today El Mesir televiziyasına istinadən xəbər verir ki, Yəmən Hüquq və İnkişaf Mərkəzi Yəmən infrastrukturunun yox edilməsinə, bpyük insan tələfatına səbəb olan Səudiyyəlilərin hücumları ilə bağlı dair bir hesabat dərc edib.
Yəmən Hüquq və İnkişaf Mərkəzi tərəfindən dərc olunan hesabatda hücumların başladığı 26 mart 2015-ci il tarixindən 19 yanvar 2016 – cı il tarixinə kimi Səudiyyə koalisiyasının Yəmənə etdiyi hücumlarda 8 min 143 nəfər yəmənlinin həlak olduğu bildirilib.
Səudiyyənin hücumları nəticəsində həyatını itirənlərin 1519 nəfəri qadın, 1996 nəfərinin isə uşaq olduğu bildirilir. Eynio zamanda hesabatda hücumlar nəticəsində 1576 nəfəri qadın, 1782 nəfəri də uşaqla üzrə cəmi 15 min 184 nəfərin də yaralandığı açıqlanıb.
Səudiyyəlilərin Yəmən infrastrukturunu hədəf alan hücumlarına bağlı rəqəmlərin də qeyd olunduğu hesabatda Səudiyyənin hücumları nəticəsində 14 aerodromun, 10 limanın, 512 körpünün və yolun, 125 elektrik stansiyasının, 164 su anbarının və 167 dəmiryol stansiyasının yox edildiyi vurğulanıb.
Hesabatda Səudiyyə hücumlarının Yəmən iqtisadiyyatına vurduğu ziyanla bağlı rəqəmlər də açıqlanıb. Belə ki, Səudiyyə hücumları nəticəsində 970 istehsal müəssisəsi, 546 qida anbarı, 353 ticarət mərkəzi və bazar, qida maddəsi daşıyan 409 yük maşını, maye yanacaq daşıyan 175 tanker, 238 yanacaq doldurma stansiyası, 59 tarixi məkan, 119 turistik bölgə, 190 fabrik, 42 idman mərkəzi, 7 monastır və 125 fermer təsərrüfatı məhv edilib.
Hesabatda Səudiyyəlilərin hava hücumlarından başqa 300 gündür Yəmənə qarşı tətbiq olunan mühasirənin də Yəmən xalqına ciddi ziyan vurduğu qeyd olunub.
Şərhlər