Ruhani papadan onun üçün dua etməsini istədi

27.01.2016 03:04     Dünyadan reaksiya     4799

İran prezidenti Həsən Ruhani katoliklərin dini lideri və Vatikan şəhərinin başçısı papa Françislə bir araya gəlib.

Rekasiya xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani papadan onun üçün dua etməsini istəyib.

Məlumata görə, 16 il fasilədən sonra Vatikanı ziyarət edən ilk İran lideri Ruhani Apostolik sarayda papa ilə 40 dəqiqə söhbət edib. Ruhani bu görüşdən böyük zövq aldığını bildirib. Papa isə səfəri üçün İran prezidentinə təşəkkür edib.

İtaliya mətbuatı isə 12 nəfərlə Vatikana gedən Ruhaninin heyətində sadəcə tərcüməçi bir qadın olmasına diqqət çəkib.

Şərhlər

Çox oxunanlar