Xomeyninin nəvəsi İranda keçiriləcək parlament seçkilərinə buraxılmayıb
27.01.2016 13:10 Dünyadan reaksiya 1531
İran İslam inqilabının banisi Ayətullah Ruhullah Xomeyninin 43 yaşlı nəvəsi Həsən Xomeynin parlament seçkilərinə buraxılmayıb.
"Reaksiya" "Report"-a istinadən xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.
Məlumata görə, İranda seçkinin keçirilməsinə məsul qurum olan Nəzarət Şurası H.Xomeynin deputatlığa namizədliyini qeydə almayıb. Şura onun seçkidə iştirak üçün göstəricilərini yetərli saymayıb.
Qeyd edək ki, İranda deputatlığa namizədlərin tam siyahısı fevralın 16-da açıqlanacaq.
Xatıladaq ki, İran Dini Ekspertlər Şurası (ölkənin ali rəhbərini seçən qurum, hazırda bu vəzifəni ayətullah Seyid Əli Xameni tutur) və parlamentə seçkilər bu il fevralın 26-da keçiriləcək.
Şərhlər