Ausvixtin azad olunmasının 71 – ci ildönümü qeyd olunur - VİDEO

27.01.2016 21:02     Dünyadan reaksiya     2273

Polşada Ausvixt düşərgəsinin sovet əsgərləri tərəfindən xilasının 71 – ci ildönümü qeyd olunub. Qətllərin həyata keçirildiyi “Ölüm divarı”nın qarşısında toplaşan düşərgənin keçmiş məhkumları yaşadıqları acı xatirələri illər sonra belə dünən kimi ağıllarında olduğunu söyləyir:

"Mən Cəhənnəmi elə bu dünyada ikən yaşadım, danışmağa belə qorxuram. İnsanların ölümünü, ağrılar içində qıvranmasını və iztirablarını gördüm".

"Krematoriyaların bacasından çıxan alovlar hələ də onu görənlərin gözlərində gizlənib. Mən o zamanlar 15 yaşında olduğum üçün bu mənzərəni heç vaxt unuda bilməyəcəyəm".

Bu günü xatırlamaq üçün bir neçə saat sonra liderlərin və yüksək çinli dövlət məmurlarının iştirak edəcəyi rəsmi tədbirlər keçiriləcək. Soyqırımın simvolu halına gələn düşərgədə təxminən 1.5 milyon insanın qətlə yetirildiyi bildirilir.

Şərhlər

Çox oxunanlar