Beynəlxalq məhkəmə 2008-ci il Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı təhqiqata başlayır
28.01.2016 10:53 Dünyadan reaksiya 1147
Reaksiya xəbər verir ki, Beynəlxalq Cinayətlər Məhkəməsi 2008-ci il Rusiya-Gürcüstan münaqişəsi dövrü müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə bağlı təhqiqata başlanılmasını sanksiyalaşdırıb.
Qərargahı Haaqada yerləşən məhkəmənin üç hakimi 2008-ci ilin avqust ayında Gürcüstanın Cənubi Osetiya regionunda Rusiya hərbi qüvvələri və eləcə də Gürcüstan hərbi qüvvələrinin mümkün cinayətlərinin araşdırılması üçün prokuror Fatu Bensudanı müstəntiq təyin edilməsini təsdiq edib.
Beynəlxalq Cinayətlər Məhkəməsi açıqladığı hesabatda bildirib ki, bu cinayətlərə “qətl, əhalinin məcburi köçürülməsi və təqib olunması kimi insanlıq əleyhinə cinayətlər və mülki əhaliyə hücumlar, qəsdli qətllər, sülhümühafizə qüvvələrinə qarşı bilərəkdən yönəldilmiş hücumlar” daxildir.
Bu, Beynəlxalq Cinayətlər Məhkəməsinin Afrikadan kənarda apardığı ilk təhqiqat və məhkəmənin prokurounun Rusiya və Gürcüstan arasında qısa müddət baş vermis münaqişə zamanı törədilmiş mümkün cinayətlərin təhqiq edilməsinə ikinci cəhddir. 2010-cu ildə o zaman Beynəlxalq Cinayətlər Məhkəməsinin prokuroru Luis Moreno-Okampo cinayətlərə dair iddiaları nəzərdən keçirib və Gürcüstan və Rusiya rəsmiləri Beynəlxalq Cinayətlər Məhkəməsini 2008-ci ildə müharibə zamanı hadisələrlə bağlı məlumatlandırıblar.
Bensuda Gürcüstanda baş vermis hadisələrlə bağlı təhqiqata başlanılması haqda müraciəti oktyabr ayında təqdim edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının bildirdiyinə görə, münaqişə zamanı bir neçə yüz insan həyatını itirib, 138 min insan məcburi köçkün olub.
Şərhlər