İsveçin "80 min miqrantı" deportasiya etməsi gözlənilir
28.01.2016 11:32 Dünyadan reaksiya 1331
İsveçin ərizələri imtina olunan 80 minə yaxın sığınacaq axtaranları deportasiya etməsi gözlənilir, daxili işlər naziri bildirib.
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, Anders Ygeman deyib ki, bir neçə il ərzində miqrantların deportasiyası üçün çarter təyyarəsi istifadə olunacaq.
"Biz 60 min nəfərdən danışırıq, amma bu rəqəm 80 minə qalxa bilər", İsveç mətbuatı cənab Ygemana istinadən məlumat verir.
2015-ci ildə 163 min nəfərə yaxın miqrant İsveçdə sığınacaq üçün müraciət edib. Baxılmış təxminən 58800 işdən 55 faizi qəbul edilib.
Avropa soyuq qış şəraitinə baxmayaraq on minlərlə miqrantın Yunan çimərliklərinə gəlməsi ilə miqrant böhranından çıxış yolu axtarır.
BMT-nin məlumatına görə, bu il 46 mindən çox miqrant Yunanıstana gəlib və təhlükəli keçid zamanı azı 170 nəfər həlak olub.
İsveç bu yaxınlarda insanların axınına nəzarət etmək məqsədilə müvəqqəti sərhəd yoxlamaları tətbiq edib. İndi cənubdan avtobuslarla, qatarlarla və gəmilərlə gələnlərin hamısı müvafiq icazə olmadan İsveçə düşə bilməyəcəklər.
Bu Skandinaviya ölkəsi, Almaniya ilə yanaşı, Avropa İttifaqına qanunsuz daxil olan qaçqın və miqrantların əsas üz tutduğu yerdir.
İsveçlilər bu həftə miqrantların axınından sonra gərginlik yaşamış sonuncu xalqdır. Həftə əvvəlində gənc sığınacaq axtaranlar üçün mərkəzdə 15 yaşlı miqrant yeniyetmə qadın əməkdaşı bıçaqlayaraq öldürdükdən sonra həbs olunub.
Miqrasiya rəsmiləri bildirirlər ki, 2015-ci ildə ölkədən 35400 böyüklər tərəfindən müşayiət olunmayan azyaşlı siyasi sığınacaq istəyib. Bu, 2014-ci illə müqayisədə 5 dəfə çoxdur.
Hökumətin bir sıra üzvləri hesab edir ki, insanların qısa zaman ərzində böyük axını milli təhlükəsizlik və ictimai qayda üçün təhlükə törədə bilər.
Həftə əvvəlində İsveç Milli Polis Komissarı Dan Eliasson, terrorizmə qarşı mübarizəyə kömək etmək, miqrantların deportasiyasını həyata keçirmək və sığınacaq obyektlərinə nəzarət üçün əlavə 4 mindən çox polis əməkdaşının cəlb edilməsini istəyib, İsveçin TT informasiya agentliyi məlumat verib.
Bu arada, qonşuluqda yerləşən Danimarka bu həftə miqrantların axınının məhdudlaşdırılması ümidi ilə qaçqınların qiymətli əşyalarının əllərindən alınması üzrə qanunvericilik təsdiq edib.
Bəziləri Danimarkanın təkliflərini Holokost zamanı nasistlər tərəfindən Yəhudilərin qızıl və digər qiymətli əşyalarının müsadirə olunması ilə müqayisə edirlər.
Şərhlər