Ayovada səsvermədən öncə Klinton və Sanders arasında fərq azdır

28.01.2016 13:37     Dünyadan reaksiya     1224

Son rəy soruğuna əsasən ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və Vermont ştatının senatoru Berni Sanders arasında Ayova ştatında Demokrat partiyasından prezidentliyə nominasiya almaq üçün keçirilən ilkin seçki tədbirindən öncə gərgin rəqabət gedir.

Quinnipeq universitetinin sorğusunda göstərilir ki, özünü müstəqil sosialist demokrat adlandıran Berni Sanders gələn həftə Ayova kokusunda iştirak edəcək demokratların 49 faizinin dəstəyinə malikdir. Onunla müsayisədə 2009-cu 2013-cü illər arasında ABŞ dövlət katibi olmuş Hillari Klinton seçicilərin 45 faizinin dəstəyini alıb.

Ayovada səsvermə Demokrat və Respublikaçılar partiyalarının noyabr ayında seçkidən öncə prezidentliyə namizəd üçün nominasiyanın irəli sürülməsi prosesində ilk seçki prosesidir.

Quinnipeq universitetinin bir neçə gün bundan əvvəl keçirdiyi  sorğu liberal baxışlara malik gənc kişi seçiçilər arasında Sandersə böyük dəstək olduğunu göstərir. Siyasi platformasını Uoll Strit və Birləşmiş Ştatlarda korporativ maraqların təndiqi üzərində qurmuş Sanders bu maraqların Amerikada zənginlər və əhalinin başqa təbəqələri arasında uçurumun artmasına səbəb olduğunu deyir.

Sorğuya əsasən, yaşı 45-dən yuxarı olan qadınların böyük əksəriyyəti ABŞ-ın ilk qadın prezidenti ola biləcək Hillari Klintona rəğbət bəsləyir.

Quinnipeq universitetinin sorğusunu keçirən Piter Braun deyib i, Ayova kokusu Klintonun Demokrat partiyasından nominasiya qazanıb prezident seçilmiş Obamaya məğlub olduğu 2008-ci ildəki səsvermənin təkrarı ola bilər.

“Ayovada kokusda əsas məsələ seçici fəllağından asılı olacaq. Əgər gənc, olduqca liberal demokratlar bazar ertəsi günü iştikra etsə və təşkil olunsa, bu, senator Sanders üçün yaxşı nəticə verə bilər. Snders Ayovada qələbə qazansa, bu, uzun müddət üçün nominasiya ssenarisini aktual edəcək”-deyə Braun bildirib.

Ölkə üzrə demokratlar arasında keçirilmiş rəy sorğularına görə Klinton hələ də irəlidə gedir, lakin onlar arasında fərq getdikcə azalır. Bu həftə açıqlanmış nəticələrə görə bu fərq 12 faizdən aşağıdır.

 

 

Şərhlər

Çox oxunanlar