Rusiya xalqı hər şeyə razıdır: "Qərbə güzəştə getməməliyik"
30.06.2015 06:35 Dünyadan reaksiya 2975
Rusiyada aparılan ictimai sorğular ölkə xalqının sanksiyaların mənfi təsirini hiss etməsinə baxmayaraq, Qərbə güzəştə gedilməməsinin tərəfdarı olduğunu göstərir. Yuri Levada ictimaiyyət araşdırmaları mərkəzinin son anketində iştirak edən Rusiya vətəndaşlarının 70%-i, Moskvanın sanksiyalara baxmayaraq, Qərblə bağlı siyasətini davam etdirməli olduğunu bildirib.
Anket iştirakçılarının 20% -i Qərblə razılaşmaya getməyin və bəzi güzəştlər etməyin vacibliyini düşünür.
Anketə görə, Rusiya xalqının 66% - i Qərbin, sanksiyalar yolu ilə əvvəlcə Rusiyanı alçaltmaq istədiyini düşünür.
Anketdə iştirak edənlərin 33% - i sanksiyaların təsirini hiss etdiyini bildirib. Ötən sentyabr ayında 16% sanksiyaların təsirini hiss etmişdi.
Anket iştirakçılarının 62%-i isə sanksiyaların onlara heç bir şəkildə təsir etmədiyini bildiriblər.
Şərhlər