Avstraliyalı gənc kenquru vasitəsilə "hücum planlaşdırıb"

28.01.2016 14:36     Dünyadan reaksiya     1249

Avstraliyalı gənc kisəsinə partlayıcı maddə yerləşdirilmiş kenqurunu polisin üstünə yönləndirməyi planlaşdırıb, Melbourne-da keçən məhkəmə prosesində ittiham tərəfi bildirib.

Prokurorluğa əsasən 19 yaşlı Sevdet Ramadan Besim kenqurunun kisəsi üstündə özünü “İslam Dövləti” adlandıran qruplaşmanın rəmzlərini çəkməli imiş.

Məhkəmə cümə axşamı günü başlayıb.

Sevdet Ramadan Besim həmçinin polisi maşınla vurub onun başını kəsməyi planlaşdırırmış, ittiham qeyd edir.

Hakimiyyət gəncin terrorçuluqla əlaqəli saytlara daxil olduğunu və basqın planlarını müzakirə etdiyini bildirib.

Besim ittihamları rədd edir.

Polis bildirir ki, hücum 25 apreldə keçirilməl idi. Anzak bayramı adlanan həmin gündə Birinici Dünya Müharibəsi vaxtı həlak olan Avstraliya və Yeni Zelandiya əsgərlərinin xatirəsi yad edilir.

Şərhlər

Çox oxunanlar