Obama özünə “sürətli qanunvericilik səlahiyyəti” verib
30.06.2015 07:11 Dünyadan reaksiya 2474
ABŞ prezidenti Obamaya müzakirələri davam edən ticarət razılaşmalarını sürətləndirmə imkanı tanıyacaq “Ticarəti İnkişaf etdirmə səlahiyyəti” (TPA) qanuniləşib.
ABŞ prezidenti Barak Obama həftələr boyunca davam edən müzakirələrdən sonra ABŞ Konqresinin hər iki qanadından da keçən TPA qanun layihəsini imzalayıb. Eyni zamanda “Sürətli Qanunvericilik səlahiyyəti” kimi də adlandırılan qanuna görə Konqres Obama tərəfindən imzalanan razılaşma şərtləri səsverməyə çıxara biləcək, ancaq dəyişdirə bilməyəcək.
Qanuniləşən TPA Ağ Evin prioritetləri arasında olan mübahisəli Transpasifik Tərəfdaşlığı (TPP) və Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP) baxımından olduqca böyük önəm daşıyır.
Qeyd edək ki, müzakirələri 2008-ci ildə başlayan TPP, ABŞ, Yaponiya, Avstraliya, Bruney, Malayziya, Yeni Zelandiya, Vyetnam, Meksika, Sinqapur, Kanada, Peru və Çili olmaqla Sakit okeana sahili olan 12 ölkə arasında müzakirə edilir.
Şərhlər