"İlk mərhələyə dəvət edilmədi, amma Cenevrədə yeri hazır" - PYD böhranında Rusiyanın baxışı
28.01.2016 15:06 Dünyadan reaksiya 1818
Cenevrədə cümə günü başlayacaq Suriya müzakirələrinə PYD -nin (Demokratik Birlik Partiyası) iştirakı mövzusunda alovlanan müzakirələr hələ də davamı edir. Türkiyənin etirazlarından sonra ilk turda PYD – nin iştirak etməyəcəyi qeyd olunmuşdu, amma Rusiya xarici işlər nazirliyi PYD -nin danışıqların ilk mərhələsinə dəvət edilməməsinə baxmayaraq, Cenevrədə yerinin hazır olduğunu açıqlayıb. ABŞ-dan isə Türkiyə şübhələrində “haqlıdır” mesajı gəlib.
“Sputnik News” -in xəbərinə görə, Rusiya Cenevrədə cümə günü başlayacaq danışıqlarda Suriya hökuməti heyətinə xarici işlər naziri Vəlid Müəllimin başçılıq edəcəyini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Qatilov ayrıca PYD -nin danışıqların ilk mərhələsinə dəvət edilməməsinə baxmayaraq Cenevrədə yerinin hazır olduğunu söyləyib.
“İnterfax” xəbər agentliyinə açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Cenevrə danışıqlarında Suriya hökumətini təmsil edəcək heyətə Müəllimin başçılıq edəcəyini söyləyib.
Qatilov qeyd edib ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura, Müəllimi xüsusilə müzakirələrə dəvət edib.
PYD'nin cümə günü keçirilməsi planlaşdırılan Cenevrə danışıqlarına dəvət edilmədiyini, ancaq gələcəkdə bu prosesə daxil edə biləcəklərini söyləyən Qatilov bildirib ki, Suriya danışıqlarının ilk mərhələsi üçün PYD –yə dəvətnamə göndərilməyib: “Amma de Mistura onlar üçün yer ayırıb. Bu da PYD –nin önümüzdəki mərhələlərdə dəvət ediləcəyi mənasını gəlməkdədir".
Şərhlər