"PYD müzakirələrdə iştirak etməyəcək" - ABŞ rəsmisi

28.01.2016 15:16     Dünyadan reaksiya     2007

ABŞ Xarici işlər nazirliyi Spikeri Toner, Suriya ilə bağlı Cenevrə danışıqlarında iştirak edəcək qrupların siyahısının hələ açıqlanmadığını bildirib: "Kimlərin iştirak edəcəyini Staffan De Mistura seçəcək. Bizim anladığımız qədəriylə PYD tədbirdə iştirak etməyəcək".

ABŞ Xarici işlər nazirliyi Spikeri Mark Toner gündəlik mətbuat konfransında Cenevrə Suriya müzakirələrində PYD – nin iştirak edib etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Toner Türkiyənin PYD -nin yığıncağa dəvət edilməsi halında danışıqlara etiraz edəcəyinə istinad edərək, "Kimin iştirak edib etməyəcəyi ilə bağlı müəyyən fikir ayrılıqlarının olduğunu bilirik. Bundan başqa kimlərin iştirak edəcəyini  Staffan De Mistura seçəcək. Biz də Suriyalı müxaliflərin necə seçiləcəyi yönündə istənilən atılan addımı dəstəkləyirik" – deyib.

Birləşmiş Millətlər Təşkilatının hələ iştirak edəcək qrupların siyahısını açıqlamadığını xatırladan Toner qeyd edib ki, onlarda olan məlumata görə PYD bu həftə keçiriləcək müzakirədə iştirak etməyəcək.

 

Türkiyənin şübhələri haqlıdır

 

Toner Türkiyənin Beynəlxalq Suriya Dəstək Qrupunun (ISSG) üzvü olduğunu və bu prosesdə əhəmiyyətli bir rolunun olduğunu vurğulayaraq bildirib ki, haqlı olaraq bəzi şübhələr var: “Suriyada sülhün və əmin – amanlığın təmin edilməsi onları birbaşa təhdid edir və bu onlar üçün ciddi bir problemdir".

Türkiyənin NATO - nun müttəfiqi olduğunu və davamlı müzakirələr apardıqlarını bildirən Toner əlavə açıqlama verməkdən imtina edib.

Şərhlər

Çox oxunanlar