“Cenevrə görüşlərinin nəticəsini tanımayacağıq” - PYD

28.01.2016 15:43     Dünyadan reaksiya     2006

Cenevrədə keçiriləcək Suriya müzakirələrinə dəvət edilməmələrinə sərt reaksiya verən PYD Cenevrə görüşünün nəticələrini tanımayacaqlarını açıqlayıb.

“RİA Novosti”yə açıqlama verən PYD -nin Rusiya nümayəndəsi Əbdulselam Əli bildirib ki, Suriyalı kürdlər danışıqlar üçün dəvət olunmayıblar, amma terroristləri dəvət ediblər: “Şamda Rusiya səfirliyinə raket hücumu təşkil Əhrarüş-Şam və İslam Ordusu danışıqlarda iştirak edəcək. Bu qruplar danışıqlara dəvət edilərkən, onlara və IŞİD -ə qarşı 5 ildir döyüşən kürdlər Cenevrədə təmsil edilməyəcək".

Qeyd edək ki, PYD -nin Türkiyənin “boykot edərik” təhdidinə görə Suriya hökuməti ilə müxalifətin bir araya gələcəyi Cenevrə danışıqlarına dəvət edilmədiyi bildirilib.

Şərhlər

Çox oxunanlar