Neft böhranının Azərbaycana təsiri - BBC-də - VİDEO

28.01.2016 15:54     Dünyadan reaksiya     2220

Kristofer Ueton: `Azərbaycan kimi ölkələrin neftdən asılılığı dövlət səviyyəsində müzakirə edilməli, bu asılılığın aradan qaldırılması üçün müvafiq qurumlar kömək etməlidir`. 
 
Neftin qiymətinin ucuzlaşması neft ixracatından asılı olan ölkələrə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. `Allianz Global Investors`- un analatiki Kristofer Ueton (Christopher Wheaton) BBC telekanalının `Business Live` verilişinə müsahibəsində bu məsələyə aydınlıq gətirib. 
 
Bildirilib ki, səlahiyyətli orqanlar Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Nigeriya, Yaxın Şərq, Kolumbiya , eləcə də dünya enerji bazarında əhəmiyyətli rolu olan Azərbaycan kimi ölkələrə təcili yardım etməlidir. 
 
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirir. “Financial Times” qəzetinin məlumatına görə, 
“potensial texniki yardım” məsələsini müzakirə etmək üçün sözügedən qurumların nümayəndə heyətləri yanvarın 28-dən fevralın 4-ə kimi Bakıda görüşlər keçirməyi planlaşdırıb.
 
Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların da Bakıya nümayəndələrini göndərəcəyi bildirilir. 
 
Son məlumata görə, Azərbaycan neftinin qiyməti 0.51 dollar və 1.50 faiz artaraq bir barel üçün 34.39 dollara çatıb.
 
Azvision.az

Şərhlər

Çox oxunanlar