Qadın prezidentin səfərinə etiraz olaraq, özünü körpüdən asıb

28.01.2016 17:16     Dünyadan reaksiya     1249

Fransanın paytaxtı Parisdə bu gün feminist olan bir qadın İran prezidenti Həsən Ruhaninin bu ölkəyə səfərinə öz etirazını bildirib.
 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb.
 
Məlumata görə, feminist qadın İran prezidenti Həsən Ruhaninin Fransaya səfərinə etiraz etmək üçün özünü körpüdən asıb.
 
Feminist qadın özünü Fransanın bayrağına boyayıb və körpüdən etirazını bildirən plakat da asıb.
 
Plakatda “Xoş gəldin, Ruhani, azadlığın cəlladı...” sözləri yer alıb.

Şərhlər

Çox oxunanlar