Yunanıstan Avropa İttifaqını məhkəmə ilə hədələdi

30.06.2015 11:54     Dünyadan reaksiya     1736

Yunanıstan hökuməti ölkənin avrozonodan çıxarılmasının qarşısını almaq niyyəti ilə Avropa Məhkəməsinə müraciət edəcək.

Bunu Yunanıstanın maliyyə naziri Yanis Varifakis bildirib. O, Aİnin bəzi institutlarına, xüsusilə də Avropa Mərkəzi Bankına (AMB) məhkəmə ilə xəbrdarlıq edərək, ölkənin iqtisadiyyatına daha da ağır zərbə vurmamağa çağırıb.

"Yunanıstan hökuməti bütün qanuni hüquqlarından yararlanacaq.Biz Avropa Məhkəməsinə şikayət ehtimalını nəzərdən keçiririk. Avropa İttifaqının müqavilələri avrozonadan çıxışı nəzərdə tutmayıb və biz bu addımı atmayacağıq, - deyə nazir bildirib.

Şərhlər