NATO-nu Rusiya “təbliğatı narahat edir”

28.01.2016 18:47     Dünyadan reaksiya     1796

NATO Rusiya dövlət KİV-lərindəki təbliğata görə narahatlıq keçirsə də ona qarşı analoji üsullarla mübarizə aparmaq fikrində deyil, alyansın baş katibi deyib.

“Biz Rusiyanın külli miqdarda vəsait xərclədiyini, müxtəlif təbliğat növlərinə investisiya yönəltdiyini görürük. Biz 'təbliğata qarşı təbliğat' üsulları ilə mübarizə aparmayacağıq”, Brüsseldə 2015-ci ilin yekunlarına dair hesabatla çıxış edən Jens Stoltenberg bildirib.

NATO-nun hesabatı 2015-ci il ərzində Rusiyanın hərbi fəallığının artdığını qeyd edir.

Soyuq müharibə illərindən bəri Rusiya ərazisində bu sayda hərbi təlimlər keçirilməyib, Şimali Atlantika Alyansının dəyərləndirilməsində bildirilir.

NATO-nun gələn ilə dair hərbi strategiyası "hibrid" təhlükələrə qarşı hesablanıb. Onların arasında Kreml təbliğatında “informasiyanın silah kimi” istifadəsi də qeyd olunur.

Hərçənd ki, NATO ölkələri öz strategiyalarında əkstəbliğatdan yayınmağa çalışırlar.

"NATO-nun təməl prinsiplərindən biri bundan ibarətdir ki, biz təbliğat əleyhinə təbliğatla çıxış edə bilmərik", NATO-nun sözçüsü Oana Lungescu bildirib.

Şərhlər

Çox oxunanlar