Suriyadan Türkiyəyə keçmək istəyən 40-dan çox İŞİD silahlısı saxlanılıb

28.01.2016 22:24     Dünyadan reaksiya     1909

Türkiyə sərhədçiləri  Suriya ilə sərhədi qanunsuz keçməyə cəhd edən 43 İŞİD silahlısını saxlayıb. APA-nın  NTV telekanalına istinadən verdiyi xəbərə  görə, saxlanılanlardan 22-si yetkinlik yaşına çatmamış şəxslərdir.
 
Telekanalın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata əsasən, hadisə sərhədçilərin ölkənin cənubundakı Kilis əyalətində sərhəd xəttini yoxlayarkən baş verib.   
 
Saxlanılan şəxslərdən ilkin ifadələr alınıb, daha sonra  onlar jandarm komandanlığına təhvil veriliblər. 

Şərhlər

Çox oxunanlar