Yunanıstan İŞİD-ə viza verəcək
30.06.2015 10:09 Dünyadan reaksiya 2252
Yunanıstan müdafiə naziri, Aİ-ni, ölkəyə qarşı mənfi rəftarın davam etməsi halında İŞİD-ə viza verməklə təhdid edib.
"Türkiyə bizi işğal edəcək" çıxışından sonra, Aİ - nı İŞİD – çilərə şengen vizası verməklə qorxudan SYRIZA - nın koalisiya ortağı milliyyətçi Müstəqil Yunanlar Liqasının (ANEL) lideri və Müdafiə naziri Panos Kammenos bildirib ki, Avropa İttifaqı Yunanıstana borc verməsə, İŞİD də daxil olmaqla hamıya Şengen viza verəcəklər.
Daha əvvəl də müdafiə naziri Panos Kammenos, kreditorların Türkiyəyə qarşı Yunanıstanı çarəsiz hala gətirmək istədiyini iddia etmişdi.
Şərhlər