Ağ ev Putinin "korrupsiyaya uğraması" ilə bağlı iddialarla razılaşıb

29.01.2016 12:10     Dünyadan reaksiya     1344

Ağ Ev ABŞ maliyyə nazirliyi nümayəndəsinin Rusiya prezidenti Vladimir Putinin illərdir korrupsiyaya uğraması və öz həqiqi sərvətini məxfi saxlaması barədəki qiymətləndirməsi ilə razılaşıb.
 
Bu sözlər "ən yaxşı şəkildə administrasiyanın nöqteyi-nəzərini əks etdirir", Ağ Ev nümayəndəsi Josh Earnest deyib.
Bu həftə BBC-nin "Panorama" proqramında ABŞ maliyyə nazirinin müavini Adam Szubin deyib ki, Rusiya prezidentinin korrupsiyaya uğraması Amerika hökumətinə "uzun illər" məlum olub.
Putinin mətbuat katibi Dmitri Peskov məmurun sözlərini sübut tələb edən "rəsmi ittiham" adlandırıb, amma o deyib ki, Moskva sübut tələb etməyəcək.
 
"Biz ABŞ Maliyyə Nazirliyindən sübutlar tələb etməyəcəyik. Əgər onlar belə bir rəsmi bəyanatı sübutsuz qoysalar, bu, idarənin adının üzərinə kölgə salır", Peskov deyib.
 
Müəlliflər proqram boyu müntəzəm qeyd edirdilər ki, Rusiya prezidenti və onun mətbuat katibi korrupsiyalaşma, həmçinin, Vladimir Putinin proqramda sadalanan sarayı, yaxtası, hesabları və digər əmlakına şəxsən nəzarət etməsi ilə bağlı ehtimalları qətiyyətlə təkzib edirlər.

Şərhlər

Çox oxunanlar