İŞİD Təlibanı Əfqanıstandan qovub
30.06.2015 10:46 Dünyadan reaksiya 1888
Dünyanın fərqli bölgələrində eyni gün içində hücum əməliyyatları həyata keçirməkdə məhşurlaşan İŞİD-in, içindən çıxdığı “Əl Qaidə”dən sonra Talibanı da yerindən -yuvasından edib. “Reuters” agentliyinin hal şahidlərinə istinadən xəbərinə görə, təşkilat Əfqanıstanın böyük bir qisimini ələ keçirib və Talibanın ölkədəki varlığını əhəmiyyətli ölçüdə təsirsizləşdirib.
Əfqanıstanın Nancarhar vilayətindən qaçan vətəndaşlar yüzlərlə silahlı İraq Şam İslam Dövlətinə (İŞİD) beyət etdiyini və keçmiş təşkilatları Talibana əməliyyat təşkil edib. Deyilənlərə görə, İŞİD Talibanı Nancarharın 21 - ci bölgəsindən sürgün edib. Asin bölgəsindəki bir tayfa lideri olan Hacı Əbdül Can, "Böyük pulemyot daşıyan ağ pikaplarla gəldilər və Talibanla döyüşdülər. Taliban müqavimət göstərə bilmədi və qaçdı" – deyə bildirib.
Talibanın narkotik tarlalarını yandırır
İŞİD Əl Qaidəyə zərbə endirib. İŞİD - in Talibanın əsas dolanışıq mənbəyi olan narkotik tarlalarını da yandırdığını ifadə edən hal şahidləri, xalqın bir seqmentinin isə təşkilatı xoş bir şəkildə qarşıladığını söyləyib: "Talibanın əksinə kəndliləri yemək və ya qalacaq yer üçün məcbur etmirlər. Cibləri həmişə dolu olub. Bu pulla aldıqları yeməkləri dağıdıb gəncləri özlərinə çəkməyə çalışırlar".
Rəsmilər təşkilat adı vermədən döyüşür
Rəsmilərdən isə təşkilatın ölkədəki varlığı əlaqədar ziddiyyətli açıqlamalar gəlib. Məsələn, Daxili İşlər naziri Nurul Haqq Olomi qeyd edib ki, Nancarharın terrorist qruplardan təmizlənməsi üçün əməliyyatlara davam ediləcək.
Şərhlər