Rusiya Antiterror Komitəsi: İŞİD-də qafqazlılardan ibarət terrorçu bölmə fəaliyyət göstərir
29.01.2016 13:27 Dünyadan reaksiya 1371
“İŞİD daxilində Rusiya və Avropada terror aktları hazırlayan bölmə fəaliyyət göstərir”.
Reaksiya xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Milli Antiterror Komitəsinin sədrinin müşaviri Andrey Prjezdomski deyib. O bildirib ki, bölməyə “Odnorukiyu” ləqəbli Əhməd Çetayev rəhbərlik edir: “Bu batalyon əsasən Şimali Qafqazdan gedənlərdən ibarətdir”.
Şərhlər