Xəyalların puç olması... - Rusiyanın Silikon Vadisi və “Rosnano” bağlanır?

29.01.2016 13:47     Dünyadan reaksiya     2374

Rusiyada dərinləşən böhran mühitində, illərdir federal büdcədən qoyulan investisiyalarla özünü doğrultmayan innovasiya layihələrindən dövlətin dəstəyini çəkməsi gündəmə gəlib. Böyük ümidlər bəslənən “Rosnano” və “Skolkovo” layihələrinin də fəaliyyət göstərmədiklərinə görə ləğv edilməsi də aktuallaşıb.

Yeni qanun layihəsinə görə, Rusiyada artıq yenilik layihə ilə bağlı fəaliyyətlər baş nazirin müavini Arkadi Dvorkoviçin rəhbərliyi ilə qurulacaq yeni bir layihə ofisi tərəfindən koordinasiya ediləcək.

 

Mövzuyla bağlı keçirilən tədbirdə çıxış edən rəsmi nanotexnologiyalar sahəsində “Rosnano”, “Skolkovo”, “VEB İnovatsii” və “Fond Bortnika” təşkilatları ilə əlaqədar yeni qərarların alınacağını açıqlayıb.

Xatırladaq ki,  “Rosnano”nun tərkibində 15 milyard rublluq sərmayə ilə açılan akkumulyator fabriki “Lioteha” keçdiyimiz günlərdə iflas etmişdi. Şirkətin borçarını ödəməkdə çətinlik çəkdiyi bildirilir. Şirkətin başına Yeltsin dövründə sürətli özəlləşdirmənin əsas fiquru kimi tənqid olunan Anatoli Çubays var.

Şərhlər

Çox oxunanlar