Səudiyyə Ərəbistanında məsciddə partlayış törədilib, üç nəfər ölüb - YENİLƏNİB - VİDEO

29.01.2016 15:54     Dünyadan reaksiya     1308

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkənin şərqində yerləşən əl-Axsa şəhərindəki məsciddə partlayış törətməkdə şübhəli bilinən bir nəfəri həbs edib.

"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, partlayış və ondan sonrakı atışmada 7 nəfər xəsarət alıb.

Məlumata görə, terrorçu-kamikadzelərdən biri özünü düz məscidin yanında partlada bilib.

***14:39

Səudiyyə Ərəbistanının şərqindəki əl-Axsa şəhərində məsciddə partlayış törədilib.

"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı üç nəfər ölüb.

Partlayışdan sonra hadisə yerində atışma səslərinin gəldiyi xəbər verilir.

Şərhlər