İsrail Ruhaninin ziyarətindən narahatdır - VİDEO
29.01.2016 19:20 Dünyadan reaksiya 2040
Avropa səfərinin ikinci dayanacağı Parisdə fransız həmkarı Fransua Ollandla görüşən İran prezidenti Həsən Ruhaninin tarixi ziyarətinə İsraildən reaksiya gəlib.
İsrailin Fransada səfiri Alise Bin-Noun, 17 il aradan sonra İrandan Fransaya prezident səviyyəsində həyata keçirilən ilk ziyarəti tənqid edib. İsrailli diplomat İranın terrora dəstək verən bir ölkə olduğunu iddia edib.
Alizade Bin-Noun bildirib ki, İran prezidenti, Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə Fransa tərəfindən qəbul edilib: “Bu çox mənfi bir haldır. Çünki İran, Həmas və Hizbullah ilə davam etdirdiyi əlaqələri ilə Yaxın Şərqdə terroru dəstəkləməkdə davam edir. İranın hər bir sözü belə İsrailin əleyhinədir. Dünyada başqa bir dövləti təhdid edən tək ölkə mövqeyində dayanan İranın ballistik raket yaratmaqla bağlı fikirləri hələ də öz aktuallığını qoruyur. Çünki bu mövzu iyul ayında təmin edən İranın nüvə proqramı ilə əlaqədar müqavilədə iştirak etməyib. İran nüvə razılaşmanın şərtlərinə uyğun gələcəyini sübut etməlidir. Ancaq bu gün bu çox çətin görünür'.
Şərhlər