Nigeriyada bazarda terror aktı törədilib: - 10 yaşlı uşaq tərəfindən

29.01.2016 21:15     Dünyadan reaksiya     2002

Nigeriyanın şimal-şərqində bazarda kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 11 nəfər həlak olub, bir çox insan isə yaralanıb.

Bu barədə "Report" "Frans Press" agentliyinə istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, terror aktı 12 yaşlı uşaq tərəfindən törədilib.

Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. 

Şərhlər

Çox oxunanlar