"Rus raketləri təyyarəmizi təhdid etdi" - ABŞ rəsmisi
29.01.2016 22:30 Dünyadan reaksiya 2079
ABŞ-ın Müdafiə Nazirliyinin təmsilçisi Mişel Baldanza Rusiyanın "Su-27" qırıcı təyyarəsinin Qara dənizdə ABŞ-ın casus təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reusters" agentliyində yer alıb.
Məlumata görə, ötən il Rusiya ilə ABŞ Suriyanın hava məkanında təhlükəsiz uçuşlar həyata keçirmək barəsində razılıq əldə etmişdi.
Ötən aprel ayında Baltik dənizi üzrində ABŞ kəşfiyyat təyyarəsinə yaxınlaşan rus qırıcı təyyarəsi raketlərini göstərərək, "göz dağı" vermişdi.
Rusiya təyyarələri daha əvvəllər də Qara dənizə girən ABŞ hərbi gəmilərinin üzərindən uçaraq onlara sataşmışdı.
Şərhlər