ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

30.01.2016 00:44     Dünyadan reaksiya     1954

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etmənin təhlükəli olması barədə xəbərdarlıq edib.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir.
 
"İran siyasətinin müəyyən məqamları ABŞ sakinləri üçün təhlükəlidir. Bu səbəbdən xaricə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, sahibkarlar və alimlər, İrana səfər etməkdən çəkinməlidir. Bu ölkədə amerikalıların saxlanılması faktları istisna edilmir", - məlumatda bildirilir.
 
Sözü gedən tövsiyyənin xüsusi ilə ikili vətəndaşlığa sahib olan şəxslərə aid olduğu vurğulanıb.

Şərhlər

Çox oxunanlar