Fransa İsrailə xəbərdarlıq etdi: - "Fələstinin müstəqilliyini tanıya bilərik"

30.01.2016 01:01     Dünyadan reaksiya     2157

Yaxın bir neçə həftə ərzində Fransa höküməti İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı beynəlxalq konfransın hazırlıq işlərinə başlayacaq. Ancaq bu tədbir də nəticə verməsə rəsmi Paris Fələstinin müstəqilliyini tanıyacaq".

"Reaksiya"nın "Report"- a istinadən verdiyi xəbərə görə, bu fikri Fransanın Xarici işlər naziri Loran Fabius səsləndirib.

Fransalı nazir bildirib ki, sözü gedən konfransda bütün tərəflər iştirak etməlidir, o cümlədər ABŞ, Avropa və Ərəb dövlətlərinin nümayəndələri.

"Biz, bu münaqişəni iki dövlət prinsipi əsasında dinc yolla həll etmək istəyirik. Bu konfrans sülh danışıqları üçün son cəhd olacaq", - deyə Fabius vurğulayıb.

Şərhlər

Çox oxunanlar