Mədəndə dağıntılar altında qalan şaxtaçılar 36 gündən sonra xilas ediliblər

30.01.2016 12:59     Dünyadan reaksiya     1267

Çinin Şandun vilayətində gips mədəninin uçması nəticəsində dağıntılar altında qalan 4 işçi 36 gündən sonra xilas edilib.
 
"Reaksiya"  xəbər verir ki, APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həkimlər onların ciddi xəsarət almadıqlarını, artıq fevral ayının əvvəllərində evlərinə buraxılacaqlarını bildiriblər.
 
Hadisə ötən il dekabrın 25-də baş verib. Mədən uçan zaman içəridə 29 işçi olub. Onlardan 11-i dərhal çıxarılıb, 1 nəfər ölüb, daha 13 nəfər isə itkin elan olunub. 4 şaxtaçı 200 metr dərinlikdə sağ qalıb.
 
Xatırladaq ki, gips mədəni çökəndən sonra mədənin sahibi intihar edib. Daha bir neçə rəhbər şəxs isə istintaqa cəlb olunub. 

Şərhlər

Çox oxunanlar