Suriya münaqişəsi: Ana müxalifət danışıqlara qoşulur
30.01.2016 14:16 Dünyadan reaksiya 1302
Suriyanın ana müxalif qrupu Cenevrədə sülh danışıqlarına qoşulacağını bildirib.
“Reaksiya” "BBC"-yə istinadən xəbər verir ki, Səudiyyənin dəstəklədiyi Yüksək Müzakirələr Komitəsi bundan əvvəl bildirib ki, o, Suriya höküməti hava hücumlarına və mühasirəyə son verərsə, danışıqlara qoşula bilər.
BMT nümayəndəsi Staffan de Mistura artıq Cenevrədə Suriya hökümət üzvləri ilə görüşüb.
Suriyada təxminən 5 ildir davam edən müharibədə 250 mindən çox insan ölüb, 11 milyon insan qaçqın düşüb.
Suriya vətəndaş müharibəsi həmçinin Avropaya güclü miqrant axınına səbəb olub.
Şənbə günü yarısı uşaqlar olan 10 nəfər mühacirət axtaran şəxs Egey dənizi ilə Türkiyədən Yunanıstanın Lesbos adalarına keçmək istərkən yaxalanıb.
Bu yaxınlaşma danışıqlarının 6 ay davam etməsi gözlənilir: Formata görə nümayəndələr ayrı-ayrı otaqlara əyləşəcək, BMT rəsmiləri isə onların arasında fikir mübadiləsi edəcək.
Danışıqlara qoşulanlar Suriya prezidenti Bəşər Əsəd rejiminin nümayəndələri və ona müxalif çıxanlar olacaq- özünü İslam Dövləti adlandıran cihadçı qruplaşma danışıqlara dəvət edilməyib.
Şərhlər