Çin: şaxtaçılar emosional görüntülər göndərib
30.01.2016 16:43 Dünyadan reaksiya 1323
36 gündür yerin altında qalan çinli şaxtaçılar xilas edilmədən öncə mobil telefonla emosional mesajlar verən videolar çəkib.
Dörd şaxtaçı göz yaşları içində onları xilas etməyə çalışan işçilərə minnətdarlığını bildirib.
İşçilər dekabrın 25-də şərqi Şandun əyalətində gips şaxtasının uçması nəticəsində tələyə düşüb.
29 nəfərdən 15-i xilas edilib, bir nəfər ölüb, 13 nəfərsə itkin düşmüş hesab edilir.
Çin rəsmilərinin yaydığı görüntülərdə yaşları 36-58 arasında olan dörd kişi xilasedicilərə deyir.
"Hamınıza çox təşəkkür edirəm, mən indi azad və təhlükəsiz hiss edirəm", onlardan biri deyib.
"Biz sizi əbədi olaraq xatırlayacağıq", digəri bildirib.
Telefon bir neçə gün bundan əvvəl işçilərə ümid vermək üçün yerin altına göndərilib.
200 metr dərinlikdə olan şaxtaçıların qurtarılması üçün 400 xilasedici çalışır.
Şərhlər