Suriya: Madayada insanlar ölüm aclığı çəkir

30.01.2016 16:47     Dünyadan reaksiya     1486

"Reaksiya" xəbər verir ki, Sərhədsiz Həkimlər xeyriyyə Təşkilatı (MSF) bildirib ki, yanvarın əvvəli BMT-nin yardım karvanının çatdığı Suriyanın mühasirədə olan Madaya şəhərində daha 16 nəfər ölüm açlığı çəkir.

Xeyriyyə təşkilatı deyir ki, orada ölmək təhlükəsi olan 33 nəfər də var.

MSF-nin əməliyyatlar direktoru Brice de la Vigne bildirib ki, bu insanların həftələr öncə təxliyyə edilməli halda burada qalması "tamamilə yolverilməzdir".

Qurum bildirib ki, ötən il bu şəhərdə 30 nəfər aclıqdan ölüb.

Yanvarın əvvəli Madayaya iki fövqəladə ərzaq və yardım tədarükü karvanı aparılıb.

BMT bildirib ki, ümumiyyətlə, Suriyanın 15 məntəqəsində 400 min nəfərin yardıma ehtiyacı var.

Dəməşqdən 25km şimal-qərbdə yerləşən Madaya dağlarda yerləşir. Şəhər 6 aydır hökümət qüvvələri və onun tərəfdaşları livanlı Hezbollah hərəkatı tərəfindən zəbt edilib.

Humanitar təşkilatları burada yaşayanların təcili tibbi yardıma ehtiyacı olduğunu bildirsə də, hökümət qüvvələri sakinlərə şəhəri tərk etməyə izn vermir.

Hazırda bu şəhərdə 40 min nəfər dəhşətli şəraitə məhkum olub.

Şərhlər

Çox oxunanlar