Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsi Türkiyə hava məkanını pozub

30.01.2016 20:45     Dünyadan reaksiya     1349

Rusiya Hava Qüvvələrinə məxsus SU-34 təyyarəsinin Türkiyə hava məkanını pozub. 
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə  Türkiyə XİN-nin məlumatında bildirlir. Məlumata görə, insidentlə əlaqədar Rusiyanın Türkiyədəki səfiri Türkiyə XİN-nə çağırılıb.  
 
“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz hallara görə məsuliyyət tamamilə Rusiya üzərinə düşəcək”, deyə Türkiyə XİN-in məlumatında bildirilir.  
Məlumatda qeyd olunur kİ, Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə  rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.  

Şərhlər

Çox oxunanlar