İsveçdə miqrantlar 100-ə yaxın maskalı şəxs tərəfindən döyülüb - VİDEO

30.01.2016 21:20     Dünyadan reaksiya     1729

Yanvarın 29-u axşam saatlarında İsveçin paytaxtı Stokholmda sağçı fəallar qaçqınların əleyhinə olan vərəqlər paylayıblar.
 
“Report” “The Local”a istinadən xəbər verir ki, həmin gün axşam yüzə yaxın maskalı şəxs miqrantlara hücum edib.
İnsident Serqelstorq meydanında baş verib. Polis hələ ki, neçə nəfərin xəsarət aldığı barədə məlumat verməyib. Şahidlərin sözlərinə görə, maskalı şəxslər ərəb ölkələrindən olan insanları döyüblər.
 
Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlardan üçü futbol klublarından birinin fanatıdır. Bu gün səhər onlar sərbəst buraxılıblar.

Şərhlər

Çox oxunanlar