Ermənistanın dövlət borcu 5 milyard dolları keçib

30.01.2016 21:28     Dünyadan reaksiya     1313

Ermənistanın dövlət borcu 5 milyard ABŞ dollarını keçib.
“Reaksiya” "Azərtac"-a istinadən xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, 2015-ci ilin sonuna ölkənin dövlət borcu 5,071 milyard dollar olub.
 
Bunun 4,3 milyard dolları xarici, 461 milyonu isə daxili dövlət borcudur.
 
Bildirilir ki, Ermənistanın dövlət borcu ötən ilin sonuna olan məlumata görə, ümumi daxili məhsulun yarısından çoxdur. Ümumi daxili məhsulun həcminin dəqiq məbləği iki aydan sonra müəyyən olacaq. Ona görə də dövlət borcunun ümumi daxili məhsulun 60 faizindən çox olacağı istisna edilmir.

Şərhlər

Çox oxunanlar