Ərəb qadınların son inqilabı….

30.01.2016 22:00     Dünyadan reaksiya     1580

Xaricdə oxuyub gəlmiş səudiyyəli xanımlar ölkədəki mühafizəkarlığa son qoya biləcək? 
 
“Reaksiya” "Musavat.com"-a istinadən xəbər verir ki, bu günlərdə “National Geographic Türkiyə” jurnalı xaricdə oxuyub ölkələrinə qayıdan ərəb qadınların ölkələrini necə dəyişdirməsinin fotolarını çəkib. Məlum olub ki, mühafizəkarlığın çox dərinlərə nüfuz etdiyi bir mədəniyyətin qadınları ictimai həyatdakı sərhədləri yenidən müəyyənləşdirir. Ərəb qadınlar yadların yanında dəbdəbədən, göstərişdən uzaq dayansa da, Instagram kimi sosial şəbəkə vasitələrini istifadə etməkdən çəkinmir. 
 
Bununla belə, Səudiyyə Ərəbistanında bəzi peşələr var ki, qadınlar istəsələr də, onunla məşğul ola bilməzlər. Ölkədə buna qeyri-rəsmi qadağa qoyulub. Son on ildə hökumətin ayırdığı təqaüdlərlə xaricdə oxumağa gedən on minlərlə səudiyyəli qadın indilərdə ölkələrinə qayıdır. Çoxu da dəyişikliyi sürətləndirmək üçün can atırlar. 
 
Amma gündəlik həyatın hər sahəsi səudiyyəli qadınların kişilərdən ayrı olmasını şərt qoyur. Kral Abdullahın 2011-ci ildə qadınlara da idarəetmədə vəzifə verəcəyini açılqması ölkədə ciddi qalmaqala səbəb olmuşdu. Həmin vaxt mühafizəkarların üsyanı ilə qadın haqları müdafiəçilərinin sevinci bir-birinə qarışmışdı. Məsələn, bu qadınlar ədəb-ərkana uyğun bir şəkildə necə fəaliyyət göstərəcəkdilər? Fakültələr də daxil, Səudiyyə Ərəbistanındakı heç bir məktəbdə qarışıq təhsil yoxdur və bəzi universitetlər qarşı cinsdən olan müəllimlərin dərs keçməsi üçün video-dərs üsulundan istifadə edirlər. 
 
Hazırda isə yeni siyasət ərəb qadınların mağazalarda satıcı olaraq işə götürülməsinə imkan verir. Amma maraqlı bir üsulla. Ər-Riyaddakı bir alış-veriş mərkəzində yerləşən mağazanın “Ailələrə məxsus” tablosu asılan hissəsinə ancaq ailəli kişilər daxil ola bilir. Bundan başqa, hansı məhsulları qadınlar sata bilər, bunu müəyyənləşdirən ayrıca qaydalar da var. Məsələn, kişilərə özəl kremlərin, üzqırxma məhsullarının satıldığı şöbədə qadın satıcılar çalışmır. 
 
Səudiyyə Ərəbistanında həm qadınlara, həm də kişilərə xidmət verən bütün restoranlar iki hissəyə ayrılıb. “Subaylar” bölümü sadəcə kişilərə, “ailə” bölümü isə qadınlar, uşaqlar və yanlarında yaxın kişi qohumu olan qadınlara xidmət göstərir. Qan və ya evlilik bağı olmadığı halda özünü belə aparan cütlüklər din polisi tərəfindən zorla restorandan çıxarılır. Çünki qanunlar və cəmiyyət qaydaları onların birgə oturmalarını qadağan edir. 

Şərhlər

Çox oxunanlar