Xomeyninin nəvəsinin namizədliyi qeyd alınmayıb - O, şikayət etməyi düşünür

30.01.2016 22:03     Dünyadan reaksiya     1987

İranda 26 fevralda keçiriləcək Üləmalar Məclisinə namizədliyini verən Həsən Xomeyni, namizədliyinin rədd edilməsindən sonra şikayət etməyə hazırlaşır

İranda Xomeyninin nəvəsi Həsən Xomeyni fevralda keçiriləcək  Üləmalar Məclisi seçkiləri üçün namizədlik müraciətinin Konstitusiyanın Qoruyucular Şurası tərəfindən qəbul edilməməsindən sonra Şuranın qərarından appelyasiya məhkəməsinə müraciət eədcəyini bildirib.

Həsən Xomeyni şəxsi saytında yaydığı açıqlamada bildirib ki, bu onun surpriz olub: “Şura mənim elə də ciddi bir fiqur olmadığımı düşündü".

Qeyd edək ki, 43 yaşındakı Həsən Xomeyni, bəzi dini və siyasi aktorların və xalqın israrı ilə qrara etiraz edəcəklərini söyləyib.

Ölkə mətbuatı Xomeyninin şuranın təşkil etdiyi imtahanda iştirak etmədiyini də vurğulayıb.

Həmçinin vurğulamaq lazımdır ki, namizədliyi qeydə alınanlar arasında hazırki prezident Həsən Ruhani və ölkənin təsirli siyasi xadimlərindən olan keçmiş president Ayətullah Haşimi Rəfsəncani də var.

Digər tərəfdən, İran Dövlət Televiziyasında cümə günü verilən xəbərdə indiyə kimi qədər qərarlara 80 nəfərin etiraz etdiyi açıqlanıb.

Şərhlər

Çox oxunanlar