Moskvanın tikiş sexində yanğın zamanı 11 nəfər ölüb - VİDEO

31.01.2016 12:03     Dünyadan reaksiya     1294

Moskvanın Stromınka küçəsində yerləşən tikiş sexində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib.
 
“Reaksiya” "Report"-a istinadən xəbər verir ki, bu barədə RİA "Novosti"yə paytaxtın fövqəladə hallar xidmətlərindəki mənbə məlumat verib.
 
Hadisə bazar gününə keçən gecə Stromınka küçəsi, ev 25-də baş verib. Yanğın Bakı vaxtı ilə saat 01:55-də söndürülüb. Bundan əvvəl ölənlərin 9 nəfər olduğu bildirilirdi.
 
Faktla bağlı əmlakın qəsdən məhv edilməsi, ehtiyatsızlıqdan insan tələfatına səbəb olma maddələri üzrə cinayət işi qaldırılıb.
"Daha 2 nəfərin meyiti aşkar edilib. Ümumi ölü sayı 11-dir", — deyə agentliyin həmsöhbəti bildirib.

Şərhlər

Çox oxunanlar