Tramp və Klinton ABŞ-dakı prezident seçkiləri öncəsi liderdirlər

31.01.2016 12:37     Dünyadan reaksiya     1381

Amerika mətbuatının bu gün verdiyi xəbərə görə, ABŞ prezidentliyi uğrunda yarışan 15 namizəd arasında Donald Tramp və Hillari Klinton liderlik edirlər.
 
"Virtualaz.org" xəbər verir ki, seçkilərdən öncə dəqiq sorğuları ilə tanınan The Des Moines Register nəşrinə istinadən Vierualaz.org saytı xəbər verir ki, sabah praymerizin başlayacağı Ayova ştatında seçicilərin 45%-i demokratların arasından namizəd Hillari Klintona səs verməyə hazırdırlar. Keçmiş prezident Bill Klintonun həyat yoldaşından azca fərqlə geridə qalan demokrat Berni Sandersi 42% seçici dəstəkləyir. Demokrat partiyasının namizədləri arasında fərqin çox azalması diqqət çəkir.
 
Respublikaçılar arasında isə lider Donald Trampdır. Seçicilərdən 28%-i ona səs verməyə hazırdır. 23% səslə Ted Kruz, 15% səslə Marko Rubio Trampı izləyirlər.
 
Hal-hazırda prezident olmağa namizədlər arasında 12 respublikaçı və 3 demokrat var.
 
Fevralın 1-də seçkilərin praymeriz dövrü başlayır. Bunların nəticəsində hər bir partiya prezidentliyə namizədini irəli sürəcək.
 
Seçkilər noyabr ayına nəzərdə tutulub.

Şərhlər

Çox oxunanlar