Veteran jurnalist Ser Terry Wogan vəfat edib
31.01.2016 15:51 Dünyadan reaksiya 1012
BBC-nin veteran jurnalisti ser Terry Wogan 77 yaşında, qısa xəstəlikdən sonra dünyasını dəyişib.
Onun ailəsi bildirib ki, "Ser Terry Wogan bu gün xərçəngi ilə qısa, lakin mərd döyüşdən sonra dünyasını dəyişib."
"O, öz ailəsinin əhatəsində dünyasını dəyişib. Başqalarının da onun üçün darıxdığını başa düşsək də, indi biz şəxsi həyata hörmət istəyirik."
"Reaksiya" BBC-yə istinadən xəbər verir ki, BBC-nin baş direktoru Tony Hall bildirib: "Terry həqiqətən milli sərvət idi".
İrlandiya respublikasının Limerick şəhərində doğulmuş ser Terrynin televiziya və radioda 50 illik karyerası var idi.
O BBC Radio 2-də "Woganla oyan" və "Wogan tokşou" adlı məşhur proqramların aparıcısı olub.
O, həmçinin uzun illər Eurovision Mahnı Müsabiqəsinin səsi olub və "Ehtiyacda olan Uşaqlar" yardım layihəsinə ilk qoşulanlardan olub.
Şərhlər