Partlayışda ölənlərin sayı 45-ə çatıb
31.01.2016 20:49 Dünyadan reaksiya 1399
Dəməşqin cənubunda Sayyida Zeynəb şiə ziyarətgahının yaxınlığında baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 45-ə çatıb, Suriyanın dövlət mediası yazır.
"Reaksiya" BBC-nə istinadən xəbər verir ki, hadisə Suriya hökümət və müxalifət nümayəndələrinin Cenevrədə mümkün sülh danışıqlarının başladılması ərəfəsində baş verir.
Dövlət KIV-i bildirir ki, ilk partlayış bomba qoyulmuş avtomobilin partlaması nəticəsində baş verib, onlarla yaralı var.
Partlayışa görə məsuliyyəti özünü İslam Dövləti adlandıran qrup öz üzərinə götürüb.
Bu məbəd şiə müsəlmanları arasında çox məşhurdur.
Məhəmməd Peyğəmbərin qız nəvəsinin məzarının olduğu, məhz bu məbədin qorunması üçün isə Livanın şiə Hezbollah hərəkatı və İran Suriya prezidenti Bəşər Əsədə dəstək üçün münaqişəyə qoşulub.
Məbəd ötən ilin fevralında da hücuma məruz qalıb.
Şərhlər