Keçmiş Suriya baş naziri Hicabdan Türkiyəyə təşəkkür edib
31.01.2016 23:02 Dünyadan reaksiya 2108
Suriyalı müxaliflərin meydana gətirdiyi Müzakirə Yüksək Komissiyasının (HCN) koordinatoru və keçmiş Suriya baş naziri Riyad Hicab Türkiyənin Suriya xalqının əsas tələblərini əldə etməsi üçün verdiyi dəstəyə görə Türkiyənin baş naziri Əhməd Davutoğluna təşəkkür edib.
HCN Koordinatorunun mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə Hicab Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Baş nazir Davudoğlu ilə görüşərək Suriyada siyasi həll variantları ilə bağlı prosesləri müzakirə edib.
Görüş zamanı Hicab Suriyada siyasi keçid prosesinin reallaşması üçün göstərilən diplomatik səylərə dəstəyinə və Suriya xalqının əsas tələblərini əldə etməsi üçün verdiyi dəstəyə görə Türkiyəyə və şəxsən baş nazir Əhməd Davutoğluna təşəkkür edib.
Suriyadakı bəzi bölgələrdə tətbiq edilən mühasirənin və hava hücumlarının davam etməsindən narahat olduqlarını ifadə edən Hicab bunları deyib:
"HCN, Suriyada xüsusilə mühasirənin aradan qaldırılaraq insanların vəziyyətinin yaxşılaşdırılması, hava hücumlarından və müharibədən ziyan çəkən bölgələrə humanitar yardımların çatdırılması, nəzarətə alınanların sərbəst buraxılması və vətəndaş yaşayış yerlərinə hədəf güdmədən edilən bombardmanları dayandırılması məsələsində bəzi beynəlxalq qüvvələrdən aldığı zəmanət və öhdəliklərin sonra danışıqlara qoşulma mövzusunda müsbət cavab verib. Rejim və müttəfiqləri Suriya xalqına qarşı hüquq pozuntularını davam etdirərsə, o zaman müxalif heyətin Cenevrə danışıqlarında iştirakı üçün heç bir səbəb olmayacaq".
Şərhlər