"Avropaya gələn 10 mindən çox qaçqın uşaq itkin düşüb" - “Europol” - VİDEO
31.01.2016 23:10 Dünyadan reaksiya 2058
Avropa Polis Təşkilatı “Europol”un son açıqlaması, qlobal bir problem halına gələn qaçqın dramının nə qədər dərində olduğunu gözlər önünə sərib. Təşkilatın açıqlamasına görə, son 2 il içərisində 10 mindən çox miqrant uşaq Avropa ölkələrinə gəldikdən sonra itkin düşüb.
Reaksiya Euronyusa istinadən xəbər verir ki, iki böyük beynəlxalq təşkilat “İnterpol” və “Europol” insan alveri ilə məşğul olan mütəşəkkil şəbəkələrlə mübarizə aparmaq üçün ötən aylarda yeni tədbirlər planı açıqlamışdı. “Europol” bu tədbirlər çərçivəsində apardığı araşdırmalarda böyük əksəriyyəti Suriyadan gələn minlərlə uşağın getdikləri ölkədə qeydiyyatdan keçdikdən itkin düşdüklərini və bu uşaqların Avropada insan alveri ilə məşğul olan şəbəkələr tərəfindən cinsi istismar və qul əməyi sahəsində istismara məruz qalması ilə bağlı xəbərlər yayıb.
Şərhlər