ABŞ-da namizədlik yarışı getdikcə qızışır - VİDEO

31.01.2016 23:50     Dünyadan reaksiya     2172

 

 

Namizədlərin müəyyənləşdirilməsi üçün  keçirilən seçkilərin ilk mərhələdə bazar ertəsi günü keçiriləcək. Namizədlərdən Hillari Klinton sorğularda 3 xalla öndədir. Ancaq nazirliyi dövründə fərdi elektron poçtu vasitəsi ilə həyata keçirdiyi və tam məxfi olduğuna görə əslində açıqlanmamalı olan yazışmalar Klinton üçün müəyyən çətinliklər yaradıb:

"Hansılarını hələ də ifşa etmədiklərini düzü bilmirəm və biz hamısının yayınlanması ilə bağlı müraciət etmişik. Bu əsas həqiqətləri qətiyyən dəyişdirməyəcək. Heç bir zaman məxfi kimi işarələnmiş elektron məktub almamışam və göndərməmişəm. Gizli məlumatları çox ciddi qəbul edirəm".

Klintonun 42 % səs ilə 3 xal gerisində olan Demokrat Partiyanın namizədi Bernie Sanders isə bu seçkidən sonra siyasi inqilabın başlayacağını bildirib.

Seçkilərin birinci turunun ən qalmaqallı adı olan Respublikaçıların namizədi Donald Trump dəstəkçiləri tərəfindən qarşılanıb. Trumpun sonuncu rəy sorğusunda respublikaçı rəqibi Ted Cruzdan beş bal öndə olduğu bildirilib.

Şərhlər

Çox oxunanlar