"Bəzi KİV-lər vitse-prezident Elşad Nəsirovun fikirlərini təhrif edib" - SOCAR
01.02.2016 17:03 Dünyadan reaksiya 2114
Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış "Azərbaycan "Azərenerji" üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur" məlumatı həqiqəti əks etdirmir. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.
"Elşad Nəsirov bildirmişdir ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, "AzMeCo", "Azərenerji" və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom"dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər", - deyə məlumatda bildirlir.
Qeyd edək ki, bundan öncə E. Nəsirov bildirib ki, SOCAR "Azərenerji" ASC-yə əlavə qaz almaq üçün infrastruktur təklif edə bilər.
Şərhlər